20 Yanvar 2018 21:57
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Afrindəki əməliyyatı, BMT-nin Nizamnaməsinə uyğun olaraq, beynəlxalq hüquq normaları və özünümüdafiə hüququ əsasında aparır. APA-nın xəbərinə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Əməliyyat mülki şəxslərə və günahsız suriyalılara qarşı yönəlməyib. Əməliyyat yalnız İŞİD, YPG və PYD kimi terror təşkilatlarına qarşı aparılır”, - deyə Çavuşoğlu “Twitter” hesabında yazıb.


Müəllif: Teleqraf.com