21 Yanvar 2018 10:54
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkun əsas simvollarından olan Azadlıq heykəli federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar turistlər üçün bağlanıb.

Teleqraf.com-un məlumatına görə, Nyu York ştatının qubernatoru Endryu Kuomo abidənin tezliklə açılmasına çalışacağını bildirib.

Məlumata görə, abidəni yaxından görmək istəyən turistlət biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlıqdakı parka daxil ola biliblər.

Qeyd edək ki, ABŞ-ın bir çox digər turistik mərkəzləri, o cümlədən milli parklar, federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması səbəbindən bağlanıb və yaxud məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.

ABŞ Senatında müvəqqəti büdcə ilə bağlı səsvermə yanvarın 22-ə təyin edilib.


Müəllif: Teleqraf.com