21 Yanvar 2018 11:35
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ evin ictimayyətlə əlaqələr xidməti vətəndaşların telefon zənglərinə cavab verməyi dayandırıb.

Teleqraf.com Ria-Novosti-yə istinadən xəbər verir ki, Ağ evə edilən zənglərə avtocavabverici cavab verir.

Avtocavabverici bildirir ki, büdcənin qəbulunun ləngiməsi səbəbindən federal hökumət fəaliyyətini dayandırıb.

Avtocavabverici baş verənlərə görə məsuliyyətin Demokratlar Partiyasının Konqresdəki nümayəndələrinin üzərinə düşdüyünü də vurğulayıb.

“Təəssüf ki, bu gün biz sizin zənginizə cavab verə bilməyəcəyik. Çünki demokratlar hökumətin maliyyələşməsi məsələsini Konqresdə girov saxlayır. O cümlədən ordumuzun və milli təhlükəsizliyimizin təminatı məsələsi də girovluqdadır. Bu da immiqrasiya məsələsində yaranmış fikir ayrılıqlarına görədir”, deyə avtocavabverici bildirir.


Müəllif: Səxavət