21 Yanvar 2018 11:50
3 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədə bağlı olan hərbçilər İdlib vilayətində Ebu Zuhur hava bazasını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu hərbi hava bazası “Əl-Qaidə” terror təşkilatına bağlı olan Tahrir el-Şam qrupunun nəzarətində olub.

Hava bazasının ələ keçirilməsi haqda xəbəri Suriya dövlət televiziyası yayıb.

Qeyd edək ki, Bəşər Əsəd bu əməliyyatlara bir ay əvvəl başlayıb. Əməliyyatlar nəticəsində 150 qəsəbə və kənd “Əl-Qaidə” terror təşkilatının əlindən alınıb.

Məlumat üçün xatırladaq ki, Ebu Zuhur bazası İdlibdən keçən Şam-Hələb yolunun təhlükəsizliyini təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.


Müəllif: Cavad