21 Yanvar 2018 12:20
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çinə göndərdiyi S-400 hava hücumundan müdafiə sistemləri fırtına səbəbindən zədələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zədələnən S-400 kompleksləri Çindən Rusiyaya qaytarılıb.

Qeyd edək ki, Çin 2014-cü ildə Rusiya ilə əldə etdiyi razılığa əsasən S-400 kompleksləri alan ilk xarici dövlət olub. Ancaq üç gün əvvəl Rusiyadan Çinə aparılan S-400 sistemləri yolda olarkən qəfil fırtına səbəbindən xəsarət alıb.

Bəlli olub ki, fırtına zamanı zədələnməyən S-400 Çinə, zədələnən S-400 sistemləri isə təmir məqsədilə Rusiyaya qaytarılacaq.

Təmirdən sonra Rusiya S-400 kompleksləri yenidən Çinə təhvil verəcək.


Müəllif: Cavad