21 Yanvar 2018 15:53
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələrinin Baş Qərargahı Afrin əməliyyatına dair açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Türk Silahlı Qüvvələrinin Baş Qərargahı Afrində həyata keçirilən əməliyyatların plana uyğun davam etdiyini bəyan edib:

“Təsbit edilən hədəflər, quruda keçirilən əməliyyatlara qarşı müqavimət göstərənlərin zərərləşdirilməsi davam etdiriləcək. Bu ana qədər PKK/PYD/KCK/YPG və İŞİD terror təşkilatları tərəfindən istifadə edilən sığınacaqlar, döyüş sursatları, anbarlar və 153 hədəf atəş altına alınıb”.

Türk Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, əməliyyatlar plana uyğun şəkildə davam etdirilir.


Müəllif: Cavad