21 Yanvar 2018 19:40
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Tramp xarici ölkələrdə kəşfiyyat məlumatı toplayan və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) sabiq əməkdaşı Edvard Snovdeni ortaya çıxardıqdan sonra ABŞ-ın sabiq prezidenti Barak Obamanının ləğv etdiyi izləmə proqramını bərpa edib.

Teleqraf.com xəbər verir ki, prezident Tramp özünün Tvitter hesabında bununla bağlı açıqlama verib.

Prezident bəyan edib ki, artıq 702 saylı qanunu bərpa edib:

“Bu qanun seçki dönəmində pis məqsədlə istismar edilən Xarici Kəşfiyyat Müşahidə Qanunu (FİSA) deyil. Mən həmişə ölkəm üçün doğru olanı etməyə və ABŞ vətəndaşlarının təhlükəsizliyinə prioritet kimi baxmağa davam edəcəyəm”.

Qeyd edək ki, yeni qanun NSA izləmə proqramını kiçik dəyişikliklərlə yenilənir və xarici ölkələrdə vətəndaşlardan informasiya toplamağı nəzərdə tutur”.


Müəllif: Cavad