21 Yanvar 2018 20:54
6 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində raket zərbələrinin video-görüntüsü yayılıb.

Teleqraf.com xəbər verir ki, görüntülər Suriya tərəfdən çəkilib. Görüntülərdə rus, ərəb və digər dillərdə danışan şəxslərin səsləri eşidilir. Ruslar ardı-arası kəsilməyən raket zərbələrindən təəccüblərini gizlətməyiblər.

Raket zərbələrinin endirildiyi Afrində "Allahu əkbər" sədaları da diqqətdən qaçmayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyada terror təşkilatı PYD və PKK-nın işğalı altında olan Afrin bölgəsində 108 hədəfə zərbə endirib. Bəşər Əsəd 2012-ci ildə bu əraziləri PKK/PYD-yə verib. Hazırda Suriya ərazilərinin dörddə biri, Türkiyə-Suriya sərhədinin isə 65 faizi PYD-nin nəzarətindədir.


Müəllif: Teleqraf.com