21 Yanvar 2018 22:05
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Vadodara şəhəri yaxınlığında "GSP Crop Science Private Ltd." şirkətinə məxsus kimya zavodunda partlayış baş verib və yanğın başlayıb.

Teleqraf.com-un məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatıdırılıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub, partlayışın səbəbləri araşdırılır.

Müəllif: Teleqraf.com