22 Yanvar 2018 01:25
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Türkiyədən Xarkov şəhərinə seks-tur təşkil edən 24 yaşlı azərbaycanlı həbs edilib.

Teleqraf.com xəbər verir ki, Ukrayna İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları İnternetdə tanışlıq saytları açan azərbaycanlının izinə düşüb.

24 yaşlı gəncin əsas işi Türkiyədən Ukraynaya turlar təşkil edərək türkləri qızlarla görüşdürməkdən ibarət olub. Polis gənci iş başında yaxalayıb.

Onu 7 ilədək həbs cəzası gözləyir.


Müəllif: Teleqraf.com