22 Yanvar 2018 17:24
3 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlıları Afrində nüfuzlarını artırmaq və yerli sakinləri qorxu altında saxlamaq üçün yalana əl atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinə məxsus tankların məhv edilməsi və türk əsgərinin öldürülməsi ilə bağlı yalan informasiya və fotolar yayıblar.

Ancaq Türkiyə tərəfi bu yalanları tezliklə ifşa edib.

Birinci fotonu PKK terrorçuları Türkiyəyə məxsus tankın məhv edilməsi kimi təqdim edib. Ancaq fotonun 2016-cı ilin dekabrında Yəməndə çəkildiyi məlum olub.

İkinci fotoda da yararsız hala salınmış tank əks olunub. Türk tərəfi fotonun 2017-ci il dekabrın 12-də çəkildiyini bildirib.

Üçüncü fotoda isə təcili yardım avtomobilinə yerləşdirilməkdə olan türk əsgəri əks olunub. Terrorçular bu informasiyada türk ordusunun ciddi itkilər verdiyini bildirib. Ancaq fotonun ötən il Türkiyədə hərbi hissələrdən birində yeməkdən zəhərlənmə zamanı çəkildiyi məlum olub.


Müəllif: Samir