22 Yanvar 2018 20:58
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulisi Akar Suriyanın Afrin bölgəsində sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatların davam etdiriləcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, "Zeytun budağı" əməliyyatının gedişini müzakirə etmək üçün Türkiyənin Hatay şəhərinə gələn Hulusi Akar hədəflərinin təkcə YPG-PYD yox, həm də İŞİD olduğunu bildirib:

"Məqsəd həm bölgə, həm də ölkəmiz üçün sabitliyin bərqərar olunmasıdır. Ən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyat davam etdiriləcək. Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bizim işğal kimi bir məqsədimiz yoxdur".

Akar qeyd edib ki, hər hansı mülkə və mülki şəxslərə zərər vermədən Türkiyənin hüququnu beynəlxalq hüquqa uyğun şəkildə qorumaq üçün bu əməliyyat həyata keçirilir:

"İŞİD və YPG bəlasının digər ölkələrə yayılmasının qarşısını alırıq".


Müəllif: Ayxan