23 Yanvar 2018 00:28
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Afrindəki mülki şəxslərin itkisinə görə narahatıq. Müharibə və hərbi hücumlarla problemlər daha da dərinləşib böyüyəcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzani Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində başladığı “Zeytun budağı” adlı əməliyyatla bağlı ilkin şərhində qeyd edib.

Onun sözlərinə görə, problemlərin həlli üçün ən doğru variant sülhpərvər üsullardan istifadədir. Məsud Bərzani bildirib ki, əməliyyatın davam etdirilməsi vəziyyəti gərginləşdirəcək.


Müəllif: Kəmalə