23 Yanvar 2018 10:05
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə layihəsini imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Bununla da ABŞ federal hökuməti 3 günlük fasilədən sonra fəaliyyətini davam etdirəcək.

Sənəd fevralın 8-ə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, Respublikaçılar və Demokratlar arasında Konqresdə uzun müddətli büdcə müzakirəsi zamanı fikir ayrılığı federal hökumətin fəaliyyətini dayandırmasına səbəb olmuşdu.


Müəllif: Samir