23 Yanvar 2018 10:23
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlıları Afrin əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə (TSK) və Azad Suriya Ordusuna qarşı “Manpads” raketlərindən istifadə edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, TSK isə quru hərəkatında istifadə edilən tankları qorumaq üçün yerli istehsal olan “Akkor” sistemlərindən yararlanır.

Məlumatlara görə, “Akkor” sistemləri əməliyyatda istifadə edilən “M60-T” və “Leopard” tanklarını 360 dərəcə qoruma gücünə malikdir.

Qeyd edilib ki, terrorçular tərəfindən atılan ABŞ-a məxsus bütün raketlər “Akkor”un köməyilə məhv edilir.


Müəllif: Samir