23 Yanvar 2018 22:59
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı YPG tərəfindən müxtəlif məlumatlar yayılır. Ancaq maraqlısı odur ki, terror təşkilatının tərkibində türklərə qarşı savaşda xarici terrorçular da var.

Teleqraf.com xəbər verir ki, YPG tərkibindətürklərlə savaşanlar arasında çinli, amerikalı və almanlar da var.

Türkiyənin Afrində keçirdiyi əməliyyat davam edərkən YPG daxilində olan əcnəbi terrorçular diqqət mərkəzinə düşüb.

Sosial şəbəkələrdə yayımlanan bu görüntülər terror təşkilatına beynəlxalq dəstəyin bir sübutu kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, YPG terrorçuları yaydıqları bir videogörüntüdə türk əsgərlərini işğalçı, özlərini isə “azadlıq uğrunda mübarizlər” kimi təqdim edirlər.


Müəllif: Cavad