24 Yanvar 2018 13:56
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda yüzlərlə polisin iştirakı ilə “gecə asayişi və təhlükəsizliyi” planı əsasında əməliyyat həyata keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ ilə bağlı Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Rəhimi məlumat verib.

Onun sözlərinə görə, silsilə əməliyyatlarda 120-si quldur olmaqla, ümumilikdə 288 nəfər yaxalanıb:

“Tutulanlar arasında oğrular, narkomanlar, narkotik qaçaqmalçıları, eləcə də ölkədə qanunsuz yaşayıb fəaliyyət göstərən 68 xarici vətəndaş var. Əməliyyatlar əsasən paytaxtın müxtəlif park və çayxanalarında, eləcə də qanun pozuntusu ilə məşğul olanların toplaşdığı digər məkanlarda keçirilib.

Əməliyyat nəticəsində həmçinin, qanun pozuntusuna yol verən 89 iş yerində axtarış aparılıb, 252 kiloqram narkotik maddə və 28 ədəd qanunsuz silah aşkarlanaraq götürülüb. Tehran polisi paytaxtın təhlükəsizliyini qoruyub saxlamaq üçün bu kimi əməliyyatları bundan sonra da davam etdirəcək”.


Müəllif: Samir