4 Fevral 12:18
1 459

NASA Marsın mənzərəsini əks etdirən yeni görüntüləri dərc edib.

Teleqraf.com xəbər verir ki, görüntülər "Curiosity" özüyeriyən cihaz vasitəsilə çəkilib.

Panorama Geyl kraterində Vera Rubin dağ silsiləsindən çəkilmiş şəkillərdən tərtib olunub.

Planetdə səma aydın olduğundan görüntülərdə bir çox detalları əks etdirmək mümkün olub.

Qeyd edək ki, "Curiosity" öz kimyəvi laboratoriyası olan üçüncü nəsil özüyeriyən aparatdır. O, Marsa 2012-ci ilin 6 avqustunda endirilib. 2018-ci ilin əvvəlinədək "Curiosity" planetdə 18 km yol qət edib.


Müəllif: Teleqraf.com