6 Avqust 2014 10:39
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi əməkdaşlarının bildirdiyinə görə iyul ayının əvvəlində Amerika təyyarələri Nigeriyanın şimal-şərq bölgəsində 60-70 nəfər qızlardan ibarət qrupu qeydə alımışdılar, lakin iyulun axırında isə yenidən bu dəfə 40 qızlardan ibarət qrup sezilib

Nazirlikdən olan 2 nümayəndənin Wall Street Journal qəzetinə verdiyi müsahibədə bilinir ki, digər kəşfiyyat uçuşlarında da qızlar gözə dəyib, lakin onların məhz Boko-Haram terrorrçu qruplaşmasının oğurladıqları uşaqlar olduğunu müəyyənləşdirmək çətindir. Lakin Nigeriya və ABŞ tərəfidə inanırlar ki, bu məhz oğurlanmış məktəblilərdir. “Açıq səhrada bu qədər böyük qızlardan ibarət bir qrupun olması təəccüblü amildir”- deyə Pentaqon nümayəndəsi bildirir.

Daha əvvəl xəbər verilmişdi ABŞ qızların axtarışı üçün 80 hərbiçi göndərib. Heyətin vəzifəsinə Nigeriya səmalarında kəşfiyyat uçuşlarının təşkili daxildir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayında terror təşkilatı olan Boko-Haram 270 məltəbli qızı qaçırıb. Təşkilatın rəhbəri qızları bütün tutulan yaraqlılara dəyişmək təklifi etsə də. Hökümət qüvvələri buna rədd cavabı vermişdi. Hazırda qaçırılan qızlardan 59-u öz evlərinə qayıdıb. 219-məktəbli qız hələ də girov qalıblar.

ans press




Müəllif: