26 Aprel 2014 10:41
551

G7 ölkələri Rusiyaya əlavə sanksiyaların tətbiq olunması üçün qərar qəbul edib.

Ağ Ev G7 ölkələrinin ortaq bəyanatını yayımlayıb. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ, AB Şurası və AB Komissiyası yekdil qərar verib:

"Ukraynanın şərqində böhran yaratmaq üçün Rusiya tərəfindən dəstəklənən separatçıların davam edən səylərinə qarşı, həmçinin Ukraynada keçiriləcək prezident seçkiləri üçün sülh və sabitliyin təmin edilməsi üçün daha çox addımların atılması lazımdır. Ukraynanın Cenevrə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün atdığı müsbət addımlardan məmnuniyyət duyuruq. Ukrayna hökumətinin ictimai binalarını qeyri-qanuni şəkildə işğal edən silahlı qruplarla mübarizə məsələsində göstərdiyi diqqət də təqdir edilir".

Bəyanatda deyilir ki, buna baxmayaraq Rusiya Cenevrədəki müqaviləni dəstəkləyəcək konkret bir addım atmayıb: "Rusiya sözügedən müqaviləni ictimaiyyət qarşısında dəstəkləyən heç bir şərh etməyib. Ukraynadakı separatçıların hərəkətlərini qınamayıb. Binaları işğal edən silahlı qrupların buraları sülh yolu ilə tərk etməsi üçün də heç bir çağırış etməyib.

Əksinə Rusiya qayğıverici ifadələri və Ukrayna sərhədindəki davam edən hərbi təhdidiylə təzyiqi artırmağa davam edir. Rusiyanın Krım və Sivastopolu ilhaq etməyə istiqamətli qanunsuz təşəbbüsünü güclü şəkildə qınayırıq və bu ilhaqı tanımadığımızı təkrar edirik. Rusiyaya əlavə sanksiyaların tətbiq olunması üçün sürətli şəkildə hərəkət etməyə qərar verdik. Ukraynada gələcək ay keçiriləcək prezident seçkilərində sülh, demokratik bir səsvermənin baş tutması üçün Rusiyaya qarşı sanksiyalar tətbiq olunmalıdır".

Bəyanatda mövcud böhranın diplomatik həllinə istiqamətli qapının açıq olduğu qeyd edilib. /anspress/


Müəllif: