12 Fevral 20:56

Türkiyənin 11 iyul Şəhidlər körpüsündə atəş səsləri eşidilib.

Teleqraf.com xəbər verir ki, özünü müharibə veteranı kimi təqdim edən şəxs havaya atəş açıb. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İctimai nəqliyyatdan istifadə edən insanlar körpünü piyada keçməli olublar.

Əmisioğlu tərəfindən aldadılan Mətin Yılmaz problemini ictimaiyyətin diqqətinə çatdırmaq üçün qeyri-adi üsuldan istifadə edib. O, avtomobilini körpünün ortasında saxlayaraq üzləşdiyi durumu yazılı elanla hər kəsə izah etmək istəyib.

O, 1994-cü ildə Hakkaridə PKK terrorçuları tərəfindən başından güllə yarası alıb. M.Yılmaza çatmalı olan təzminatı əmisi oğlu mənimsəyib. .

Polislər vətəndaşı və onun avtomobilini körpüdən kənarlaşdıra biliblər. Nəqliyyatın normal hərəkəti təmin edilib.


Müəllif: Teleqraf.com
Загрузка...