13 Fevral 2018 10:00
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ PKK terror təşkilatının Suriya qolu sayılan YPG/PYD silahlılarına yenidən təlimlər keçməyə başlayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin hesabatında məlumat verilib.

Bildirilib ki, təlimlərə səbəb Suriyada daxili və sərhəd təhlükəsizliyini təmin etmək, eləcə də partlayıcıların zərərsizləşdirilməsi üçün mütəxəssislər yetişdirməkdir.

Məlumatlara görə, hazırda Suriyada 2 min amerikalı hərbçi var:

“Həmin əsgərlər 12,5 min PYD silahlısına təlim keçib. Bundan başqa, ABŞ lazımı məqsədlər üçün istifadə edildiyinə əmin olmaq üçün Suriyada YPG döyüşçülərinə verilən silahların üzərini işarələyir”.


Müəllif: Samir