13 Fevral 2018 15:50
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə naziri Aviqdor Liberman Livan-İsrail sərhədində yerləşən Kiryat Şmona şəhərində mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Suriyada vurulan İsrail qırıcısı ilə bağlı danışıb:

“Heç bir məhdudiyyəti qəbul etmirik. Təhlükəsizliyimizi qorumağa davam edəcəyik. İndi hürmək deyil, qapmaq vaxtıdır. Hücumlara görə cavab verəcəklər”.


Müəllif: Samir