13 Fevral 16:38
4 140

Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq. Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə bu təhlükəsizlik məsələsini həll etmək haqqına sahibdir.

Stoltenberqin sözlərinə görə, “Zeytun budağı” hərəkatı ilə bağlı Türkiyə və ABŞ arasında müzakirələr məmnunedicidir.


Müəllif: Samir