13 Fevral 23:45
366

Kambocanın mühacirətdə olan müxalifət lideri Sam Rainsi baş nazir Hun Seni məhkəməyə verib.

Teleqraf.com "AFP"yə istinadən xəbər verir ki, baş nazirin sosial şəbəkədə 9 milyon layk alması müxalifət liderinin məhkəməyə üz tutmasına səbəb olub.

Hun Sen 18 ay öncə feysbukda hesab açıb və qısa müddətdə 9 milyon şəxs tərəfindən bəyənilib. Sam Rainsi hesab edir ki, baş nazir nüfuzunu qaldırmaq üçün saxta yolla sosial şəbəkədə dəstək qzanıb.

Müxalifət lideri fevralın 8-də San Fransisko məhkəməsində baş nazirə qarşı iddia qaldırıb.

İddianamədə qeyd olunur ki, Kambocada diktatura quran baş nazir Hun Sen sosial şəbəkələrdə manipulyasiya ilə məşğuldur. Müxalifət lideri baş nazirin feysbukdakı fəaliyyətinin araşdırılmasını və cəzalandırılmasını tələb edir.


Müəllif: Ayxan