14 Fevral 2018 00:44
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Sosial Demokrat Partiyasının sədri Martin Şults (Martin Schulz) istefa verdiyini açıqlayıb.

Teleqraf.com s xəbər verir ki, o, partiya daxilində gərginliyə son vermək üçün belə bir addım atdığını və istefası barədə mənsub olduğu partiyaya məlumat verdiyini söyləyib.

Martin Şults Sosial Demokrat Partiyasının İdarə Heyətində Federal Məclis Qrupunun rəhbəri Andrea Nahlesi sədrliyə namizəd kimi təklif edib. Təklif qəbul edilib.

Partiyaya yeni sədr aprelin 22-də Viesbaden şəhərində keçiriləcək fövqəladə qurultayda seçiləcək.

Martin Şults Sosial Demokrat Partiyasının sədri kimi sonuncu dəfə çıxış etdiyini, postunu qəzəbli və ya küskün halda tərk etmədiyini dilə gətirib.

Xatırladaq ki, Martin Şults Xristian Birliyində təmsil olunan partiyalarla hökumətin qurulması istiqamətində razılaşmadan sonra xarici işlər naziri postunu tutmaq istədiyini bəyan etmiş, lakin istəyi partiya daxilində sərt reaksiyalara səbəb olmuşdu. Cavab olaraq siyasətçi yeni hökumətdə nazir kimi təmsil olunmayacağını və partiyadakı postundan istefa verəcəyini açıqlamışdı.


Müəllif: Kəmalə