14 Fevral 2018 08:05
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail polisi ölkənin baş naziri Binyamin Netanyahunun rüşvət aldığı, korrupsiyaya bulaşdığı və səlahiyyətlərindən sui-istifadə etdityinə dair yetərli sübutlar toplandığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, polis prokurorluğa müraciət edərək Netanyahu ilə bağlı ittihamnamə hazırlanmasını istəyib.

"1000 nömrəli iş" adlı təhqiqat çərçivəsində Netanyahunun iş adamı Arnon Milçan və avstraliyalı sahibkar Ceyms Paker ilə korrupsiya əlaqələrinin olduğu üzə çıxıb.

Digər fakt üzrə açılan "2000 nömrəli iş"də isə Netanyahunun rüşvət aldığı, səlahiyyətlərindən sui-istifadə etdiyi təsdiqlənib. Polisin araşdırmalarına görə, Netanyahu İsrailin ən böyük qəzetlərindən olan "Yedioth Ahronoth"un sahibi Arnon Mosesə rüşvət verib.

Netanyahu ittihamların əsassız olduğunu, hər şeyi ölkənin maraqları naminə etdiyini bildirib.


Müəllif: Ruslan