14 Fevral 2018 09:50
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Agentliyinin rəhbəri postuna yeni namizədini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı məlumatı Ağ Evin kibertəhlükəsizlik üzrə nümayəndəsi Rob Coys Tvitter hesabında verib.

O bildirib ki, Trampın naməzdi general-leytenant Pol Nakasondur.

Nakasonun bu vəziyəfə təyinatı üçün namizədliyinin ABŞ Senatı tərəfindən təsdiqlənməsi lazımdır.

54 yaşlı general İraq və Əfqanıstan müharibələrində iştirak edib və 2016-cı ildən ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarında kiberqrupun rəhbəri vəzifəsində çalışır.


Müəllif: Samir