14 Fevral 2018 12:26
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Polşa hava yollarına məxsus təyyarə ilə Ukraynadan deportasiya edildiyi açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Hawker Beechcraft Premier 1A” təyyarəsi Bakı vaxtı ilə saat 18:33-də “Borispol” hava limanından uçub.

Təyyarə Polşanın “Jet Story” aviaşirkətinə məxsus olub. Saakaşvilinin uçuşu Ukrayna hökumətinə 8 min avroya başa gəlib.


Müəllif: Samir