14 Fevral 2018 14:00
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Suriyada hökumət qüvvələri tərəfindən dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə olunması məsələsinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Yenisey sarayında jurnalistlərə açıqlamasında deyib.

Makronun sözlərinə görə, Əsəd rejiminin Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadəsi sübuta yetirilsə, Fransa qırıcıları həmin silahların saxlandığı anbarları vuracaq.

O bildirib ki, kimyəvi silahdan istifadə “qırmızı xətti” tapdamaq deməkdir.

Qeyd edək ki, Suriya İnsan Haqları Təşkilatı bu cür hücumlar zamanı 1421 nəfərin öldüyünü bildirib.


Müəllif: Samir