14 Fevral 23:05

19:08

ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Silahlılar saxlanılıb.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.

***

ABŞ Milli Təhlükəsizlik Agentliyi önündə silahlı insidentdə iştirak edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib.

FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib.


Müəllif: Ayxan
Загрузка...