14 Fevral 2018 22:28
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya parlamenti təhsil sistemində rus bölməsinin ləğvi barədə qərar qəbul edib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bundan sonra ölkədəki bütün məktəblərdə latış dilindən istifadə olunacaq.

Latviya hökuməti iki ay öncə Təhsil Nazirliyinin islahat paketini təsdiqləyib. Həmin paketdə 2021-ci ildən başlayaraq ölkədəki milli azlıqların məktəblərinin latış dilinə keçməsi nəzərdə tutulur.

Latviya Seymi nazirliyin layihəsini bu gün təsdiq edib.

Latviya əhalisinin sayı 2 milyondan azdır. Əhalinin 40 faizi rus dilində danışır. Dövlət dili latış dilidir.


Müəllif: Ayxan