14 Fevral 22:42

Alimlər Kyuşu adası yaxınlığındakı Kikai Kalderada dənizinin sibində partlamağa hazır vulkan aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, alimlərə görə, vulkanın püskürməsi 100 milyon insanın ölümünə səbəb ola bilər.

Yaponiyanın Kobe Universitetinin Okean Araşdırmalar Mərkəzinin (KOBEC) alimləri püskürmə potensialı olan vulkan ocağının 7300 il əvvəl püskürdüyünü bildiriblər. Həmin dönəmdə vulkan Yaponiyanın cənubundakı Jomon sivilizasiyasını məhv edib.

Amma vulkanın qarşıdakı 100 il ərzində partlama ehtimalı 1 faizdir. Vulkanın püskürməsi Yaponiyanın cənubunda Tayvan və Çində sunamilərə səbəb olacaq.

Professor Yoşiyuki Tastsumi mətbuata açıqlamasında bildirib ki, vulkan püskürərsə ən yaxşı halda 100 milyon insan öləcək.


Müəllif: Ayxan
Загрузка...