14 Fevral 2018 21:57
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində azad edilən kəndlərdə PYD/PKK terrorçularının sığınacaqlarına aparılan araşdırmalar zamanı Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə aid yardımları özündə əks etdirən sənədlər tapılıb.

Teleqraf.com xəbər verir ki, Salkanlı kəndindəki sığınacaqlarda adları çəkilən cəmiyyətlərə məxsus qida, geyim və digər əşyalar aşkar edilib.

Yazılı sənədlərdə silahlı qruplardan yardımların ehtiyac sahiblərinə çatdırılmasına mane olmamaları xahiş edilir.

Cenevrədəki Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (ICRC) aözçüsü Iolanda Jaquemet ötən il Afrinə 5 dəfə hümanitar yardım karvanı göndərildiyini bildirib: "Biz silahlılara yardımlar etmirik. Yardım karvanlarını Suriyada yerli Qızıl Aypara Cımiyyıtinə təhvil veririk. Yardımları onlar paylayır".


Müəllif: Ruslan