16 Fevral 2018 00:59
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:29

Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə 20.40-da başlayan görüş jurnalistlər üçün qapalı olub.

Görüşdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacağı qeyd edilib.

***

00:47

Anakarada ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüş 3 saat 15 dəqiqə davam edib.

***

00:52

ABŞ Xarici İşlər Nazirliyi Ankarada dövlət katibi Reks Tillersonla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş barədə ilkin məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, ABŞ XİN bəyan edib ki, Türkiyədə prezident Ərdoğanla məhsuldar görüş olub: "Türkiyə ilə aramızda gərginliyin yüksəldiyi danılmazdır, amma əməkdaşlıq edə biləcəyimiz bir çox məsələ var. Bildiyimiz kimi, İncirlik hərbi bazasından hələ də İŞİD-ə qarşı istifadə olunur. Bununla bağlı Türkiyə tərəfindən heç bir məhdudiyyət yoxdur. Ankarada keçirilən görüşün detallarını daha sonra açıqlayacağıq".


Müəllif: Ruslan