26 Aprel 2014 11:36

ABŞ prezident Barak Obama Şimali Koreyanın müttəfiq ölkələrə qarşı güc tətbiq edəcəyi təqdirdə NATO-nun hərbi əməliyyatlar məsələsində tərəddüt etməyəcəyini qeyd edib.

Teleqraf.com BBC-yə itinadən xəbər verir ki, Asiyaya səfəri çərçivəsində Cənubi Koreyada olan Barak Obama bu ölkədəki 28 minlik NATO hərbi kontingentinə müraciət edib: "ABŞ-ın Koreya Respublikasının təhlükəsizliyinin təmin olunmasına dair öhdəliyi təcavüz təhlükəsi qarşısında daha da möhkəmlənir. Biz müttəfiqlərimizin və həyat tərzimizin müdafiəsi üçün hərbi gücdən istifadə etmək məsələsində tərəddüd göstərməyəcəyik".


Qeyd edək ki, Şimali Koreya öz tarixində dördüncü dəfə nüvə sınağı keçirməyə hazırlaşdığını açıqlayıb.


Müəllif: