18 Fevral 2018 09:30
2 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz il bundan sonra – 2118-ci ildən gəldiyini iddia edən şəxsin video-müraciəti ingilis mediasında gündəm olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, videoda özünü Aleksandr Smit kimi təqdim edən şəxs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğunu və öldürüləcəyini bildiyi halda gələcəyi anlatmağa qərar verdiyini deyib.

Aleksandr Smit 2118-ci ildə çəkilmiş fotonu izləyicilərə göstərib və bildirib ki, 21-ci əsrin ortalarında dünyaya ağıllı yadplanetlilər gələcək:

“Bu məsələni mən ailəmlə də bölüşməmişəm. Uzun müddət sakit dayandım. Mənim danışdıqlarıma inanmayacaqsız. Bu əhvalat 1981-ci ildən başlayıb. Əvvəlcə MKİ üçün çalışdım. Bir gün qapı döyüldü və 2 nəfər mənim onlarla getməli olduğumu dedi. Onlar MKİ əməkdaşları idilər. Gözlərimi bağladılar, hara gedəcəyimizi demədilər.

Bir müddət sonra avtomobil dayandı və helikopter səsi eşidildi. Helikopterlə 45 dəqiqəyə yaxın uçduq. Gözlərimi açanda yeraltı bazada olduğu gördüm. Məni zaman maşını ilə 2018-ci ilə göndərdilər.

İndi MKİ əməkdaşları məni axtarırlar. Gizlənmişəm. Onlar məni öldürəcəklər”.


Müəllif: Samir