16 Fevral 2018 22:46
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Münhen şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna XİN rəhbəri Pavlo Klimkin arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. Bu, nazirlər arasında son üç ay ərzində keçirilən sayca ikinci görüşdür.

Məlumata görə, söhbət zamanı Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması, Minsk razılaşmalarının yerinə yetirilməsi məsələləri, həmçinin BMT-nın Ukraynada rolu müzakirə olunub.

Qeyd edək ki, bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.


Müəllif: Teleqraf.com