17 Fevral 2018 08:16
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində marketə silahlı hücum təşkil edən 25 yaşlı Murad adlı şəxs hadisədən 3 gün sonra intihar edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, gənclə əlbir olan şəxs isə artıq polis tərəfindən saxlanılıb.

Kocasinan mahalında Zümrüd məhəlləsindəki marketlərdən birinə soyğun məqsədilə girən 25 yaşlı gənc satıcıya silah tuşlayaraq kassadakı pulu tələb edib. Sorğunçu satıcıdan 650 türk lirəsini alandan sonra marketin yaxınlığında onu gözləyən avtomibilə minərək hadisə yerindən uzaqlaşıb. Polis qısa zamanda soyğunçunun kimliyini müəyyənləşdirib və Murad adlı şəxsin evinə yollanıb. Gənc polisin onu həbs edəcəyini bildiyi üçün özünü asıb. Muradı marketə gətirərək ona yarım edən şəxs isə saxlanılıb.

<iframe frameborder="0" width="600" height="460" src="//www.dailymotion.com/embed/video/x6evbk2" allowfullscreen allow="autoplay"></iframe>


Müəllif: Kəmalə