17 Fevral 2018 01:28
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:43

ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə sənəd cümə günü idarənin saytında dərc olunub.

İttiham olunanlar sırasında əslən Azərbaycandan olan sahibkar Aslanov Ceyhun Nəsimi oğlunun da adı var.

Digər fiqurantlar Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkovdur.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.

27 yaşlı Azərbaycan əsilli Ceyhun Nəsimi oğlu Aslanov (Cey Aslanov) Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məqsədilə yaratdığı “Trol Fabriki”nin ABŞ bölməsinə rəhbərlik etməkdə ittiham olunur. İddiaya görə, “Trol Fabriki” sosial şəbəkələrdə prezident seçkiləri ərəfəsində Hillari Klintona qarşı kampaniya aparıb, Trampa dəstək verib.

01:28

“Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair deyilənlər öz təsdiqini tapmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Almaniyada jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Lavrov qeyd edib ki, Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib.

“Bu barədə çox danışırlar. Hələ ki heç bir fakt görməmişəm. Bunu ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi də qəti şəkildə bildirib”, deyə Lavrov qeyd edib.

Qeyd edək ki, ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır.


Müəllif: Ayxan