17 Fevral 2018 10:04
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya parçalanma riski ilə qarşı-qarşıyadır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quttereş 54-cü Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Quttereş Yaxın Şərqdəki vəziyyətin gərgin olduğunu bildirib.

O, dünyada münaqişə zonaların və böhranların artdığına diqqət çəkib: “İsrail-Fələstin, Səudiyyə Ərəbistanı-İran, Körfəz ölkələri, Suriya, İraq, sunni-şiə böhranları günü-gündən dərinləşir. İsrailin Hizbullahla münasibətlərinin daha da gərginişləşməsi isə Livanda ciddi fəsadlara səbəb ola bilər. Şimali Koreya və ABŞ arasındakı münasibətlər də dünya ölkələrini narahat edir. Bu böhranlar tezliklə həll edilməlidir”.


Müəllif: Teleqraf.com