17 Fevral 2018 13:29
4 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillersonla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fevralın 15-də Ankarada baş tutan görüşdə protokol qaydaları pozulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tillersonun köməkçisi və tərcüməçisi görüşdə iştirak etməyib.

Tərcüməçi funksiyasını Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yerinə yetirib.

ABŞ Dövlət Departamentinin sabiq mətbuat katibi Con Kibri olanları belə şərh edib: “Tərcüməçinin və köməkçinin görüşdə iştirak etməməsi normaların kobud surətdə pozulmasıdır. Əgər Tillerson onların görüşdə iştirakını istəməyibsə, ya Dövlət Departamentinin işindən narazıdır, ya da dövlət katibi çox sadəlövdür”.

Qeyd edək ki, görüş 3 saat 15 dəqiqə davam edib.


Müəllif: Samir