17 Fevral 2018 22:29
3 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya parlamentinin aşağı palatası dünən “erməni soyqırımı”nı tanıyıb. Türkiyə araşdırmaçıları isə Hollandiyanın tarix boyu törətdiyi cinayət faktlarını ortaya çıxarıb.

Teleqraf.com faktları təqdim edir.

1740-cı ildə Hollandiya əsgərləri bugünki Cakartada yerləşən Bataviada 10-12 gün ərzində 10.000-dən çox yerli çinlini qətlə yetirib.

17-ci əsrdə Avropada kölə ticarətinin mərkəzinə çevrilən Amsterdam və bütün Hollandiyada adambaşına 200 kölə düşürdü.

1615-ci ildə ilk dəfə Hollandiya koloniyası olan Şimali Amerikada Fort-Nassauda qurulur. 1640-ci ildən etibarən hollandlar burada çoxaldıqca yerli əhalini, yəni qızıldərililəri qətlə yetirməyə başlayırlar.

Uşaqları analarının qucağından alıb parçalayır, bəzilərini oda, bəzilərini isə çaya atdılar.

1947-ci il dekabrın 9-da Hollandiya Java adasında yerləşən Ravagede kəndində silahsız 430 günahsız insanı qətlə yetirir.

1995-ci ildə Srebrenitsa şəhərində yerləşən Hollandiya sülhməramlı qüvvələrinin 1 gecənin içində şəhəri tərk etməsi nəticəsində 5 gun ərzində 8.372 müsəlman qətlə yetirilir.

Soyqırımı həyata keçirən serb generalı Ratko Mladiçin Hollandiya sülhməramlı qüvvələrinin komandiri Tom Karremansa hədiyyələr verir...


Müəllif: Şəfiqə