17 Fevral 2018 22:14
3 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qırıcıları Şimali İraqda terroçuların mövqelərinə havadan zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilir.

"İraqın Hakruk bölgəsində kəşfiyyat və müşahidə vasitələri ilə hərbi hissələrimizə hücum hazırlığında olan terror qruplaşmasına havadan zərbə endirilib. Terrorçulara məxsus sığınacaq və silahlar məhv edilib", - TSK-nın məlumatında bildirilir.


Müəllif: Nahid