18 Fevral 2018 19:53
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da son illərin ən sərt qış mövsümü müşahidə edilir. “Salvation Army” Xeyriyyə Cəmiyyətinin apardığı araşdırmalara gözə, bu ölkədə 500 mindən çox insan evinin olmaması səbəbindən müşahidə edilən şaxtalarla zor şərtlər altında mübarizə aparır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-da bu sayda insanın evsiz olmasına səbəb kimi işsizlik və yoxsulluq göstərilir.

Dünyanın ən güclü iqtisadiyyatına malik dövlətdə 550 min insanın mənzilsiz olması və haradasa küçələrdə yaşaması ciddi təəccüblə qarşılanır.

ABŞ-da 2017-ci ildə evi olmayan şəxslərin sayı 374 min nəfər olub.

Hazırda ölkədə 550 min insan evsizdir. Onların 355 mini təkbaşına yaşayanlar, 195 min nəfəri isə ailəli olanlardır.


Müəllif: Cavad