18 Fevral 2018 16:38
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə birlikdə azad edilən ərazilərin yerli sakinlərə verilməsi mövzusunda həmfikirik. Türkiyə ilə əməkdaşlıq edəcəyik. Ankara ilə həmfikir olduğumuz mövzular çoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri, general Ceyms Mettis deyib.

Fransa, İtaliya və İspaniyanın Türkiyə ilə əməkdaşlıq etdiyini xatırladan Mettis vurğulayıb ki, Ankara ABŞ-la müttəfiqdir: “Bizim aramızda bir sıra mövzularla bağlı ortaq yanaşmalar var".

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ Dövlət Departamentinin rəhbəri Tillerson Ankara səfəri zamanı bir sıra mövzularla bağlı razılıq əldə edib.

“PYD/PKK-nın Menbiçdə mövcudluqu və ABŞ-ın bu terror təşkilatlarını dəstəkləməsi məsələsinin həlli üçün Ankara-Vaşinqton arasında mexanizmi qurulacaqmı” sualına cavabında general Mettis deyib ki, bu məsələni tamamilə həll etdiklərini deyə bilməz:

“Bu məsələlərin üzərində iş aparılır. Qərarlıyıq”.


Müəllif: Cavad