18 Fevral 2018 19:12
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha bir təcavüz hadisəsi baş verib. Zeytunburnunda universitet tələbəsi gənc qız evə gedərkən yaşadığı binanın girişində təcavüzə uğrayıb.

Teleqraf.com xəbər verir ki, tələbə qızı addım-addım izləyən manyak binanın girişində ona hücum edib. Qışqırmağa başlayan qızın harayına qonşular yetişib. Şübhəli yalnız bundan sonra qızı buraxıb qaçıb. Onun kimliyi hələ ki məlum deyil.

Baş verən hadisəni təhlükəsizlik kameraları anbaan qeyd edib. Qızın ailəsi isə hadisəylə bağlı polisə şikayət ediblər.


Müəllif: Cabbar