20 Fevral 2018 08:32
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubay-Amsterdam reysi üzrə hərəkət edən Hollandiyanın Transavia şirkətinə məxsus təyyarədə yaşanan xoşagəlməz hal təcili enişə səbəb olub.

Teleqraf.com xəbər verir ki, təyyarədəki sərnişinlərdən birinin tez-tez çıxardığı qazla havanı korlaması ətrafdakıların narazılığına səbəb olub.

Əlbəyaxa davaya çevrilən mübahisədən sonra pilotlar məcburi eniş etməli olublar.

Vyana hava limanına enən təyyarədə dava edən sərnişinlər həbs edilib. Bundan sonra təyyarə yola düşüb.


Müəllif: Ayxan