20 Fevral 2018 11:34
5 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:46

YPG terror təşkilatının Suriya Prezidenti Bəşər Əsədlə Afrin məsələsində razılaşmadığı üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əsəd rejimi Afrindəki PKK terrorçularının silahlarını qoyaraq, təslim olması şərtini irəli sürüb.

Ancaq terrorçular bu şərtlə razılaşmayıb və danışıqları davam etdirmək qərarına gəlib. Danışıqlarda rejim qüvvələri ilə YPG silahlıları arasında sərhəd məsələsinin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, dünən Suriya dövlət televiziyasının yaydığı məlumatda Əsəd ordusunun yaxın saatlarda Afrinə girəcəyi xəbəri yayılmışdı.

***

Suriya Prezidenti Bəşər Əsəd Afrin məsələsində YPG terrorçularının qarşısına 5 şərt qoyub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Suriya prezidentinə yaxın mənbə məlumat verib:

“Birincisi, Afrindəki bütün rəsmi qurum və quruluşlar dövlətə təslim edilməlidir. Bundan sonra Afrindəki 52 hərbi nöqtə Əsəd ordusunun nəzarətinə keçməlidir. Bütün silahlar Suriya hökumətinə təhvil verilməlidir. Dördüncü şərtdə YPG-nin dinc sakinlərə verdiyi silahlar müsadirə edilməlidir. 18 yaşına çatmış şəxslər Suriya ordusunda xidmət etməlidir”.

Bu şərtlərin qəbulu üçün Əsəd YPG-yə 2 gün möhlət verib.


Müəllif: Samir