20 Fevral 2018 14:19
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ABC7 telekanalına məxsus vertolyotunda yerləşdirilmiş kameralar Aladim hərbi hava bazasından qeyri-adi görüntülər əldə edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, videoda TIR üzərində daşınan və hələlik üzərində heç bir adı olmayan raket əks olunub.

Məlumatlara görə, bu, ABŞ şirkətlərindən biri tərəfindən hazırlanan və dünyanın ən yüngül raketi olacaq.

Raketin uzunluğu 12 metr, yükdaşıma gücü 100 kiloqramdır.


Müəllif: Samir